AZ

Millimiz qalib gəldi

ain.az, sport24.az portalına istinadən məlumat verir.

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandası Moldovada keçirdiyi ilk yoxlama oyununda qələbə qazanıb. Sport24.az xəbər verir ki, U-19 hazırlıq prosesi çərçivəsində Moldovanın müvafiq yaş qrupundan ibarət seçməsi ilə üz-üzə gəlib.

Vadul lui Voda şəhərindəki Texniki Mərkəzdə baş tutan qarşılaşma millimizin 2:1 hesablı üstünlüyü ilə başa çatıb.

Komandanın qollarını Nicat Nərimanov (61-ci dəqiqə) və İbrahim Babayev (82-ci dəqiqə) rəqib qapısından keçiriblər.

Qeyd edək ki, bu komandalar arasında ikinci yoxlama oyunu fevralın 27-də keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
4
sport24.az

9Mənbələr