Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, səhradan gələn toz şleyfi Böyük Britaniya üzərində yağıntılarla qarışaraq yağışa qırmızımtıl çalar verə bilər.
Qeyri-adi görünüşünə baxmayaraq, bu hadisə əhali üçün təhlükə yaratmır. Ən böyük nəticə avtomobillərin, pəncərələrin və digər açıq səthlərin üzərində nazik toz qatının yaranması ola bilər.
Qiymətləndirmələrə görə, "qanlı yağış"ın ən nəzərəçarpan nəticələri Böyük Britaniyanın cənub rayonlarında müşahidə oluna bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31