AZ

İstanbuldan dünyaya “Sevgi və sülh” mesajları verilib

İstanbul, 25 fevral, Günel Karatepe, AZƏRTAC

İstanbul şəhərində “Sevgi və sülh” naminə iftar yeməyi verilib.

AZƏRTAC xəbər verir ki, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin rəhbəri, professor Akkan Suverin ev sahibliyi ilə keçirilən tədbirdə müxtəlif xalq, irq və dinə mənsub insanlar iştirak ediblər.

İstanbulun Taşyapı Balo salonunda keçirilən mərasimdə dünyaya sülh və həmrəylik mesajları verilib.

Tədbirdə Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi akademik Asəf Hacıyev, müxtəlif ölkələrin İstanbuldakı diplomatik nümayəndəliklərinin əməkdaşları, Türkiyənin dövlət strukturlarının təmsilçiləri, ictimaiyyət nümayəndələri və digərləri iştirak ediblər.

Tədbir əsnasında Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib, qonaqlara simvolik hədiyyələr təqdim olunub.

Seçilən
28
1
azertag.az

2Mənbələr