AZ

“Qarabağ”la matçda 11,8 km qaçdı, UEFA “ən yaxşı sənsən” dedi

Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən “Nyukasl” – “Qarabağ” oyununun ən yaxşı futbolçusu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, UEFA İngiltərə klubunun yarımmüdafiəçisi Sandro Tonalini fərqləndirib.

Komandasının 3:2 hesabı ilə qalib gəldiyi görüşdə hesabı açan italiyalı meydançada olduğu 90 dəqiqə ərzində bütün ötürmələrində dəqiqlik göstərib.

Tonali matçda 11,8 km məsafə qət edib.

İiki oyunun ümumi nəticəsinə görə 9:3 hesablı qələbə qazanan “Nyukasl” 1/8 finala yüksəlib.

Seçilən
37
sportinfo.az

1Mənbələr