AZ

"Düzü, ağlamağım gəlir" -"Yuventus"un kapitanı

Çempionlar Liqasının pley-off mərhələsində "Qalatasaray"ın mübarizədən kənarlaşdırdığı (2:5, 3:2) "Yuventus"un kapitanı Manuel Lokatelli fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Football Italia" belə çatdırıb:

"Düzü, ağlamağım gəlir. Biz həqiqətən inanırdıq. Bu oyuna bütün ruhumyzu qoyduq. Hətta daha artığını... Birinci oyundakı nəticə vəziyyəti mürəkkəbləşdirmişdi, amma bu gecə hamıya minnətdarlığımı bildirmək istəyirəm. Stadionda inanılmaz ab-hava var idi. Belə axşamlar yaddaşlardan silinmir".

Xatırladaq ki, 48-ci dəqiqədən azlıqda qalan "Yuventus" 10 nəfərlə daha 2 qol vuraraq oyunu əlavə vaxtda daşısa da, qonaqlar overtaymda 2 dəfə fərqlənərək adlarını 1/8 finala yazdırıblar.

Toğrul

Seçilən
9
1
fanat.az

2Mənbələr