“Vaşinqton İranın yenidən nüvə proqramını bərpa etməyə cəhd göstərdiyinə dair əlamətlər müşahidə edib”.
Bizim.Media xəbər verir ki, bu fikirləri ABŞ-ın vitse-prezidenti Cey.Di. Vens mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, İranın nüvə silahına sahib olmasına yol verilə bilməz:
“İran nüvə silahına malik ola bilməz. Əgər onlar nüvə silahı proqramını yenidən bərpa etməyə cəhd etsələr, bu, bizim üçün problem yaradacaq. Faktiki olaraq, biz onların məhz bunu etməyə çalışdıqlarına dair sübutlar görmüşük. Buna görə də prezident (Donald Tramp – red.) bu məsələni həll etməyə çalışmaq üçün danışıqlar aparacaq nümayəndələri göndərib.
Prezident dəfələrlə bəyan etdiyi kimi, bu problemi diplomatik yolla həll etmək istəyir, lakin onun digər variantları da var”, – deyə vitse-prezident vurğulayıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta