Bakı. Trend:
Bu gün UEFA Avropa Liqasında səkkizdəbir final mərhələsinəyüksələcək son səkkiz komandanın adına aydınlıq gətiriləcək.
Trend xəbər verirki, Bakı vaxtı ilə saat 21:45-də dörd görüş keçiriləcək.
Belə ki, "Srvena Zvezda" klubu "Lill" ilə, "Ferentsvaroş" klubu"Ludoqorets" ilə, "Viktoriya Plzen" klubu "Panatinaikos" ilə,"Ştutqart" isə "Seltik" klubu ilə üz-üzə gələcək.
Digər dörd görüş Bakı vaxtı ilə gecəyarısı start götürəcək."Bolonya" klubu "Brann"ı, "Selta Viqo" klubu "PAOK"u, "Genk" klubu"Dinamo Zaqreb"i, "Nottingem Forest" isə "Fənərbağça"nı qəbuledəcək.
Xatırladaq ki, "Lion" (Fransa), "Aston Villa" (İngiltərə),"Midtyuland" (Danimarka), "Real Betis" (İspaniya), "Portu", "Braqa"(hər ikisi Portuqaliya), "Frayburq" (Almaniya) və "Roma" (İtaliya)liqa mərhələsindən birbaşa 1/8 finala vəsiqə qazanıb.
26 fevral
21:45. "Srvena Zvezda" (Serbiya) - "Lill" (Fransa);
21:45. "Ferentsvaroş" (Macarıstan) - "Ludoqorets"(Bolqarıstan);
21:45. "Viktoriya Plzen" (Çexiya) - "Panatinaikos"(Yunanıstan);
21:45. "Ştutqart" (Almaniya) - "Seltik" (Şotlandiya).
27 fevral
00:00. "Bolonya" (İtaliya) - "Brann" (Norveç);
00:00. "Selta Viqo" (İspaniya) - PAOK (Yunanıstan);
00:00. "Genk" (Belçika) - "Dinamo Zaqreb" (Xorvatiya);
00:00. "Nottingem Forest" (İngiltərə) - "Fənərbağça"(Türkiyə).