AZ

Türkiyə Ermənistanla münasibətlərin normallaşması üçün şərt irəli sürüb

Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktayın sözlərinə görə, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi Ermənistan-Azərbaycan sülh prosesinin irəliləməsi ilə bağlıdır.

Onun sözlərinə görə, Ankara hər iki sahəni bir-biri ilə əlaqəli hesab edir və eyni zamanda diplomatik işlər aparır. Oktay qeyd edib ki, Ankara ilə Yerevan arasında dialoqda gələcək irəliləyiş əsasən Bakı ilə Yerevan arasında danışıqların dinamikasından asılıdır.

Türkiyəli parlamentari bu proseslərin sürətləndiriləcəyinə ümid etdiyini bildirib və regional gündəliyin münaqişə deyil, sülh, rifah və inkişaf prinsipləri üzərində qurulmasının vacibliyini vurğulayıb.

Seçilən
12
veteninfo.az

1Mənbələr