AZ

Nazir plastik cərrahlardan danışdı - 45 həkim...



Hazırda Azərbaycan Respublikasında plastik və estetik əməliyyatları etməyə icazəsi olan 45 nəfər həkim var.

Bunu Azərbaycanın səhiyyə naziri Teymur Musayev bu gün Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı “Ana harayı” abidəsini ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, onların siyahısı açıq şəkildə dərc olunub.

"Onların sayı ilbəil artacaq. Ona görə ki, rezidenturanı bitirən həkimlərimiz var, xaricdə təhsil alıb qayıdanlar var.

Azərbaycanda məhz plastik, estetik və rekonstruktiv cərrahiyə üzrə iki mərkəz yaradılıb. Biri akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində xüsusi şöbə yaradılıb. Orada həmin şöbə kadrlarla və ən müasir avadanlıqlarla tam təmin olunub.

Digəri isə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kliniki bazası olan Plastik və Rekonstruktiv cərrahiyə klinikasıdır. Ora əsaslı təmir olunub, yaxın günlərdə açılışı olacaq", - o əlavə edib.

Seçilən
2
3
baki-xeber.com

8Mənbələr