AZ

“Terminator”un gödəkçəsi və Maroderlərin xəritəsi satışa çıxarılır

ABŞ-də mart ayının sonunda Propstore hərracı keçiriləcək. Hərracda məşhur filmlərə aid unikal rekvizitlər satışa çıxarılacaq.

AzPost xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, lotlar arasında Arnold Şvarseneqqerin “Terminator” filmində geyindiyi dəri gödəkçə də var. Hərraca, həmçinin “Harri Potter” filmindəki sirli Maroderlərin xəritəsi də təqdim olunacaq.

Ekspertlərin fikrincə, Şvarseneqqerin gödəkçəsi milyonlarla rubla satıla bilər. Ümumilikdə hərracdan əldə ediləcək gəlirin 9 milyon dollara çatacağı proqnozlaşdırılır.

Maroderlərin xəritəsinin dəyəri isə 40-80 min dollar arasında qiymətləndirilir. Lotlar sırasında “Ulduz müharibələri” filmindən C-3PO droidinin baş hissəsi də yer alacaq.

Mütəxəssislərin hesablamalarına görə, həmin eksponatın qiyməti 350-650 min dollar arasında dəyişə bilər. Hərrac Los-Ancelesdə təşkil olunacaq.

AzPost.az

Seçilən
24
1
azpost.info

2Mənbələr