Ötən gün baş verən yol-nəqliyyat hadisəsindən sonra Xəstəxananın Təcili tibbi yardım şöbəsinə 1961-cı il təvəllüdlü şəxs (kişi) hospitalizasiya olunub.
Bu barədə Bizim.Media-ya Şəki Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Mənbə qeyd edib ki, pasiyentə üz-baş nahiyəsinin əzilmiş, kəsilmiş yarası, döş sümüyünün birləşən yerdən sınığı diaqnozu təyin edilib və ən zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta