AZ

Almaniya və Yaponiya səfirlikləri Xocalı faciəsi qurbanlarının xatirəsini yad ediblər

ain.az, Bakivaxti saytına istinadən bildirir.

Almaniyanın, Yaponiyanın və Niderlandın Azərbaycandakı səfirlikləri Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar paylaşım ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə diplomatik missiyaların sosial şəbəkələrində məlumat verilib.

Almaniya səfirliyinin paylaşımında qeyd edilib: "Biz 34 il əvvəl Xocalıda həlak olanların xatirəsini hörmətlə yad edirik".

Yaponiya səfirliyindən bildirilib: "Bu gün Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar qurbanların xatirəsini yad edirik. Yaponiya hökuməti bütün soyqırımlara qarşı çıxır!"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
2
bakivaxti.az

3Mənbələr