AZ

Fransanın mədəniyyət naziri Rəşidə Dati istefa verib

Rəşidə Dati Paris meri vəzifəsinə namizədliyini irəli sürmək üçün Fransanın mədəniyyət naziri vəzifəsindən ayrılır. O, bu vəzifəni 2024-cü ilin yanvarından tuturdu.

Oxuməni.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

"Yaxın həftələr Paris və mənim namizədliyim üçün həlledici olacaq. Bütün həyatımın mübarizəsi Paris üçündür", - deyə xanım Dati BFMTV telekanalına bildirib. Fransa paytaxtının mer seçkiləri martın 16-na təyin edilib.

Rəşidə Datinin sözlərinə görə, hökuməti tərk etmək qərarını dekabrın sonunda qəbul edib. O əlavə edib ki, Fransa Mədəniyyət Nazirliyində işləmək onun üçün yerinə yetirdiyi "ən yaxşı missiyalardan biri" olub.

Almaz Həsənli

Seçilən
27
oxumeni.az

1Mənbələr