AZ

Nikol Paşinyan Türkiyənin qərarını gözləyir

Ermənistanla Türkiyə arasında quru sərhədinin açılması ilə bağlı bəzi irəliləyişlər çox tezliklə baş verəcək.

"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

"Türkiyə ilə çox müsbət dialoqumuz var, müntəzəm olaraq görüşlər və məsləhətləşmələr keçiririk, amma təbii ki, ümid etdiyimiz ən vacib hadisə Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin qurulması və əlbəttə, quru sərhədinin açılmasıdır. Niyə quru sərhədindən danışıram? Çünki hava sərhədi açıqdır; Ermənistandan Türkiyəyə müntəzəm uçuşlarımız var və ikitərəfli uçuşların həcminin artacağını gözləyirəm. Amma təbii ki, quru sərhədinin də açılacağına ümid edirik", - Baş nazir vurğulayıb.

"Yeri gəlmişkən, Türkiyə ilə sərhəddə yeni infrastruktura ehtiyacımız olacaq və hazırda Aİ-nin bu məsələni necə dəstəkləyə biləcəyini müzakirə edirik. Proses davam edir və əminəm ki, tezliklə nəsə görəcəyik", - deyə Paşinyan əlavə edib ki, sərhədin açılması ilə bağlı ümumi bir anlayışın olduğu təəssüratı var, lakin bu, Türkiyənin qərarından asılıdır:

"Ermənistan tərəfində heç bir maneə yoxdur; biz bunu istənilən vaxt etməyə hazırıq. Son aylarda dəfələrlə bəyan etmişik ki, Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə gedən yük maşınları üçün marşrut təmin etməyə də hazırıq. Bunun üçün infrastruktur tam hazırdır və biz Türkiyənin qərarını gözləyirik".


Telegram kanalımız
Seçilən
23
1
yenisabah.az

2Mənbələr