“Real”ın zədələnən ulduz futbolçusu Kilian Mbappenin durumu məlum olub.
Publika.az COPE radiosuna istinadən xəbər verir ki, fransalı hücumçu maksimum 14 gün meydanlardan kənarda qalacaq.
Mbappe Çempionlar Liqasının 1/8 final mərhələsində oynamağa hazır olacaq. Bu mərhələnin ilk oyunları 10 və 11 mart tarixlərində keçiriləcək.
Mbappe 2025/2026 mövsümündə 33 oyunda iştirak edib. Bu görüşlərdə o, 38 qol vurub və 6 məhsuldar ötürmə edib.