AZ

"Fənərbağça" "Nottingem Forest" səfərinə yollanır

Bu gün (27 fevral) UEFA Avropa Liqasının pley-off mərhələsində günün ən maraqlı oyunlarından biri İngiltərədə baş tutacaq.

"Cebheinfo.az" xəbər verir ki, "Fənərbağça" İngiltərədə "Nottingem Forest" klubu ilə üz-üzə gələcək.

"City Ground" stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasına İstanbulda keçirilən ilk qarşılaşma "Nottingem Forest"in 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Cebheinfo.az"

Seçilən
8
1
cebheinfo.az

2Mənbələr