AZ

Uesli Sneyderə dörd min ölüm təhdidi

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Qalatasaray”ın və Niderland millisinin sabiq ulduzu Uesli Sneyder ötən həftə keçirilən “Benfika” - “Real” qarşılaşmasında yaşanan irqçilik hadisəsinə göstərdiyi reaksiyadan sonra şok təzyiqlərlə üzləşib.

İdman.Biz xəbər verir ki, əfsanəvi yarımmüdafiəçi irqçi şüarlara qarşı çıxış etdiyi üçün təxminən dörd minə yaxın ölüm təhdidi aldığını açıqlayıb. Sneyder sosial media vasitəsilə gələn mesajların böyük hissəsinin birbaşa onun həyatına qəsd xarakterli olduğunu bildirib.

Xatırladaq ki, həmin oyunda “Real”ın futbolçusu Vinisiusa qarşı irqçi hərəkətlər qeydə alınmışdı.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
2
icma.az

3Mənbələr