AZ

Jalə Əhmədovanın cərimələnməsi xəbəri yalandır – RƏSMİ

“Bəzi media orqanlarında əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Jalə Əhmədovaya Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən cərimə tətbiq olunması barədə yayılan məlumat tamamilə əsassızdır”.

Bu barədə Bizim.Media-ya Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, “İDDO Psixi Sağlamlıq Proqramı” müddətlli proqram kimi fəaliyyət göstərir və ictimai birlik deyil: 

“Qeyd edilən proqramla bağlı olaraq da hər hansı cərimə tətbiq edilməyib. Media orqanlarından hər hansı qurumla bağlı məlumat paylaşarkən həmin qurumla dəqiqləşdirmə aparmaları xahiş olunur”.

Qeyd edək ki, Jalə Əhmədovanın 2 min manat məbləğində cərimə olunması ilə bağlı xəbəri “teleqraf.az” saytı yayıb.

Bizim.Media 

Seçilən
19
bizim.media

1Mənbələr