AZ

Polislərdən qaçmaq üçün zibil qabında gizlənən sürücünün qaçış planı PUÇ OLDU – VİDEO

ABŞ-dэ polislərdən zibil qabında gizlənərək qaçmaq istəyən şəxs yaxalanıb.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ KİV-ləri məlumat yayıb.

ABŞ-dэ 27 yaşlı kişi yol hərəkəti qaydalarını pozduğuna görə polislər tərəfindən saxlanıldıqdan sonra qaçmağa cəhd edib.

O, təqibdən qurtulmaq üçün yaxınlıqdakı zibil konteynerində gizlənmək qərarına gəlib.

Lakin onun bu “sığınacağı” uzunömürlü olmayıb. Həmin an əraziyə gələn zibil daşıyan avtomobilin sürücüsü konteyneri boşaltmağa başlayıb.

Zibillərlə birlikdə yük yerinə düşmək istəməyən şəxs qəfildən konteynerdən atılaraq yenidən qaçmağa başlayıb.

Polislər onu cəmi bir neçə məhəllə sonra mühasirəyə alaraq saxlayıblar. Faktla bağlı araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
20
interpress.az

1Mənbələr