AZ

Gültəkin Cəfərova: Fəxr edirəm ki, Qalib ölkənin vətəndaşıyam VİDEO

Bakı, 26 fevral, AZƏRTAC

Fəxr edirəm ki, Qalib ölkənin vətəndaşıyam və bu gün torpaqlarımız azaddır. Allah şəhidlərimizə rəhmət eləsin.

Bu sözləri AZƏRTAC-a ibtidai sinif müəllimi Gültəkin Cəfərova deyib.

O vurğulayıb ki, gənclərimiz Xocalıda yaşananları unutmurlar: “Bir müəllim olaraq hadisələri şagirdlərimizlə paylaşırıq. Onların gözlərində bəzən kədər, bəzən sevinc görürük. Xalqımızın üzləşdiyi soyqırımlar haqqında danışdıqda onlar kövrəlirlər. Amma eyni zamanda, Zəfər qazanmış ölkədə yaşadıqları üçün qürurludurlar”.

Seçilən
10
2
azertag.az

3Mənbələr