AZ

İran rəsmisi: Yeni ideyalar irəli sürülüb, fikir ayrılıqları qalır

İranla aparılan danışıqlar zamanı yeni ideyalar irəli sürülüb və bu təkliflər Tehranda əlavə məsləhətləşmələr tələb edir.

KONKRET.az xəbər verir ki, bu barədə yüksək vəzifəli iranlı məmur Reuters agentliyinə bildirib. Onun sözlərinə görə, tərəflər arasında fikir ayrılıqları hələ də qalmaqdadır.

Mənbə qeyd edib ki, razılaşmanın əldə olunması ABŞ-ın nüvə məsələsini digər mövzulardan həqiqətən ayırmasından asılıdır. “Əgər Birləşmiş Ştatlar nüvə məsələsini başqa mövzulardan ayırarsa, razılığa gəlmək mümkündür”, – deyə agentliyin həmsöhbəti vurğulayıb.

Bu arada AFP agentliyi xəbər verir ki, Cenevrədə Ukrayna və ABŞ arasında ikitərəfli danışıqlar başlayıb. Məlumatı Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov da öz teleqram kanalında təsdiqləyib.

 

Seçilən
14
1
konkret.az

2Mənbələr