AZ

Xocalı soyqırımına həsr olunmuş şahmat üzrə muxtar respublika turniri keçirilib

Yazını böyüt
Yazını kiçilt

Naxçıvan Şahmat Mərkəzində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş şahmat üzrə muxtar respublika turniri keçirilib.

Bu barədə hafta.az-a Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, muxtar respublika Gənclər və İdman Nazirliyi, Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə baş tutan yarışda 102 şahmatçı İsveçrə sistemi üzrə 9 turda mübarizə aparıb.

Kişilər arasında Yasin Əzimov 8 xalla turnirin qalibi olub. Eyni xala malik Mirsaleh Seyidli aralarındakı şəxsi görüşün nəticəsinə görə ikinci yerə layiq görülüb. Aktivində 7 xal olan Qənbər Hüseynli üçüncü olub. Qadınların mübarizəsində isə Nigar Qənbərli 6 xalla qalib adını qazanıb, Gülsüm Qəhrəmanova 5,5 xalla ikinci, Ayla Zamanlı isə 5 xalla üçüncü yeri tutub.

İlk üç yerin sahiblərinə diplom, medal və hədiyyələr, həvəsləndirici yerlərin sahiblərinə isə fəxri fərman təqdim olunub.

Seçilən
6
6
hafta.az

7Mənbələr