AZ

ABŞ-da 900-dən çox şirkət rüsumlara görə hökumətə qarşı iddia qaldırıb

ABŞ-da 900-dən çox şirkət rüsumlara görə hökumətə qarşı iddia qaldırıb

ABŞ-ın 900-dən çox şirkəti prezident Donald Trampın tarif siyasəti çərçivəsində ödənilmiş rüsumların geri qaytarılması tələbi ilə məhkəməyə müraciət edib.

AFN.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti vəkil Nil Katyala istinadən məlumat yayıb. Söhbət ümumilikdə 160 milyard dollar həcmində vəsaitin kompensasiya edilməsindən gedir. Bu kütləvi hüquqi proses ABŞ Ali Məhkəməsinin fevralın 20-də çıxardığı tarixi qərardan sonra mümkün olub. Məhkəmə Tramp administrasiyasının beynəlxalq fövqəladə iqtisadi səlahiyyətlər qanununa istinad edərək tətbiq etdiyi rüsumları qanunsuz elan edib və prezidentin bu addımla səlahiyyətlərini aşdığına qərar verib.

Ali Məhkəmənin qərarından sonra hökumətə qarşı iddia qaldıran ilk nəhəng korporasiyalardan biri "FedEx" nəqliyyat şirkəti olub. Şirkətlərin maraqlarını müdafiə edən vəkil Nil Katyal geri qaytarılacaq vəsaitlərin koordinasiyası üçün xüsusi hüquqi qrup yaradıb. O bildirib ki, rüsumların yalnız əsas məbləğinin deyil, həm də yaranmış faizlərin tam şəkildə ödənilməsinə çalışacaq. Hazırda bu məhkəmə işləri Tramp administrasiyası üçün ciddi maliyyə təzyiqi yaradır, çünki həmin rüsumlar büdcə kəsirinin azaldılması və vergi islahatlarının maliyyələşdirilməsi üçün mühüm mənbə hesab olunurdu.

Məhkəmənin məğlubiyyətinə baxmayaraq, prezident Donald Tramp ticarət siyasətindən geri çəkilməyib. O, Ali Məhkəmənin qərarından dərhal sonra bütün ölkələrdən idxal edilən mallara 10%-lik yeni qlobal rüsum tətbiq edilməsi barədə fərman imzalayıb və bu rüsumun 15%-ə qədər artırıla biləcəyini bəyan edib. Fevralın 24-dən qüvvəyə minən bu 10%-lik tariflər 150 gün müddətinə, yəni 24 iyul 2026-cı ilə qədər qüvvədə olacaq.

Seçilən
15
afn.az

1Mənbələr