Qazaxıstanlı yumor ustası Nurlan Saburov Rusiyaya girişinə qadağa qoyulmasına münasibət bildirib.
"Ölkə.az" xəbər verir ki, o, Taylandda baş tutan konsertində tamaşaçıları salamlayarkən istehzalı şəkildə onların "cinayətkar"a baxmağa gəldiklərini deyib. Nurlan bildirib ki, hətta bu cür qadağa Ukrayna Prezidenti Volodimir Zelenski üçün belə qoyulmayıb.
"50 il... Mən Drakulayam?" deyə, yumor ustası açıqlamasında deyib.
Xatırladaq ki, N.Saburovun Rusiyaya girişinə 50 il müddətinə qadağa qoyulub. Rusiya KİV-ləri bu qərarın ölkənin milli təhlükəsizliyi naminə qəbul edildiyini bildirərək, qadağanın 30 yanvardan qüvvəyə mindiyini yazıblar.(Axşam.az)