AZ

ABŞ-İran danışıqları fasilədən sonra bərpa OLUNDU -YENİLƏNİB

ABŞ və İran nümayəndə heyətləri arasında nüvə proqramı üzrə danışıqlar Oman diplomatlarının vasitəçiliyi ilə verilən qısa fasilədən sonra yenidən bərpa olunub.

Redaktor.az xəbər verir ki, bu barədə "Al-Alam" telekanalı məlumat yayıb.

Tərəflər arasındakı müzakirələr üç saatdan çox müddətə dayandırılmışdı. IRIB agentliyinin verdiyi məlumata görə, bu fasilə nümayəndə heyətlərinin öz daxillərində məsləhətləşmələr aparması və növbəti addımları müəyyənləşdirməsi üçün götürülüb. Fasilə başa çatdıqdan sonra masa arxasına qayıdan tərəflər müzakirələri qaldığı yerdən davam etdirirlər.

ABŞ və İranın nüvə proqramı ilə bağlı apardıqları danışıqların üçüncü raundu fevralın 26-da İsveçrənin Cenevrə şəhərində start götürüb. Danışıqlarda əsas məqsəd tərəflər arasında yaranmış fikir ayrılıqlarını aradan qaldırmaq və nüvə sazişi ilə bağlı ortaq məxrəcə gəlməkdir.

***

İran və ABŞ nümayəndə heyətləri arasında nüvə proqramı ilə bağlı kritik danışıqlar İsveçrədə davam edir.

Redaktor.az “Al Alam” telekanalına istinadən xəbər verir ki, Cenevrədə tərəflər arasında məsləhətləşmələrin üçüncü raundunun ikinci mərhələsinə start verilib.

Omanın vasitəçiliyi ilə keçirilən danışıqlarda İran nümayəndə heyətinə xarici işlər naziri Seyid Abbas Əraqçi, ABŞ tərəfinə isə xüsusi nümayəndə Stiven Uitkoff rəhbərlik edir. Bu raundda əsas diqqət Tehranın nüvə proqramına dair sazişin ilkin layihəsinin hazırlanmasına və İrana qarşı tətbiq edilən sanksiyaların mərhələli şəkildə ləğvi mexanizminə yönəlib.

Xatırladaq ki, fevralın 17-də keçirilən əvvəlki görüşlərdə tərəflər əsas prinsiplər üzrə ümumi razılığa gəldiklərini bəyan etmişdilər. Hazırkı mərhələ isə daha texniki və detallı məsələlərin müzakirəsini nəzərdə tutur.

Seçilən
18
2
redaktor.az

3Mənbələr