AZ

İran və ABŞ Cenevrədəki danışıqlardan sonra məsləhətləşmələrə başlayır

İran və ABŞ Cenevrədəki danışıqlardan sonra məsləhətləşmələrə başlayır

İran və ABŞ nümayəndələri Cenevrədə keçirilən növbəti danışıqlar mərhələsini yekunlaşdıraraq, öz ölkələrinin rəhbərliyi ilə məsləhətləşmələr apardıqdan sonra dialoqu bərpa etmək barədə razılığa gəliblər.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə tərəflər arasında vasitəçilik edən Omanın xarici işlər naziri Bədr əl-Busəidi məlumat verib.

Xarici işlər naziri özünün "X" sosial şəbəkəsindəki hesabında qeyd edib ki, tərəflər paytaxtlardakı məsləhətləşmələrdən dərhal sonra prosesi davam etdirəcəklər. Məlumata görə, texniki səviyyədə müzakirələrin növbəti həftə Vyanada keçirilməsi planlaşdırılır.

Omanlı nazir həmçinin müzakirələrdə iştirak edən İran və ABŞ tərəflərinə, eləcə də Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) və görüşün təşkilatçısı olan İsveçrə hökumətinə səylərinə görə minnətdarlığını bildirib.

Seçilən
20
afn.az

1Mənbələr