AZ

Hirosimaya bomba atan pilotun gündəliyi 950 000 dollara SATILIR – FOTO

Hirosimaya bomba atan pilotun gündəliyi 950 000 dollara satışa çıxarılıb.

İnterpress.az xəbər verir ki, bu barədə “The Washington Post” nəşri məlumat yayıb.

Hirosima şəhərinə atom bombası atan “Enola Gay” bombardmançı təyyarəsinin ikinci pilotunun gündəliyi hərraca çıxarılıb.

Tarixi əhəmiyyət kəsb edən bu qeyd dəftəri üçün 950 000 dollar (təxminən 1 615 000 manat) qiymət müəyyən edilib.

Sözügedən gündəlikdə ən sarsıdıcı qeydlərdən biri pilotun bombanın atılmasından sonra yazdığı “İlahi, biz nə etdik?” cümləsidir.

Bu qeyd bəşəriyyət tarixinə ən böyük faciələrdən birinin şahidliyi kimi düşüb.

Qeyd edək ki, bu, gündəliyin artıq beşinci satışıdır. Tarixi sənəd sonuncu dəfə 2022-ci ildə 543 000 dollara (təxminən 923 100 manat) satılmışdı.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
30
interpress.az

1Mənbələr