AZ

İstanbulda terror aktı planlaşdıran 4 nəfər saxlanıldı

Türkiyənin İstanbul şəhərində terror aktı planlaşdıran İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsinin (terrorçu təşkilat kimi tanınır -red.) dörd üzvü saxlanılıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, sözügedən şəxslər Türkiyə xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat zamanı müəyyənləşib.

 

Kəşfiyyat tədbirləri ilə şübhəlilərin İstanbulda təşkilatın qeyri-qanuni strukturlarında fəaliyyət göstərdikləri ortaya çıxıb. Onların şəhərin müxtəlif kritik nöqtələrində silahlı və bombalı hücum həyata keçirməyə hazırlaşdıqları bildirilib.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

 

Seçilən
27
5
senzor.az

10Mənbələr