AZ

Bu şəxslər güzəştli şərtlərlə pensiyaya ÇIXA BİLƏR – TƏKLİF

Dövlət qulluğunda azı 35 il iş stajı olmuş şəxslər güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər hesab olunmalıdır. 

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2025-ci il üzrə məruzəsində əks olunub.

Sənəddə dövlət qulluğunda azı 35 il iş stajı olan şəxslərin güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər siyahısına daxil edilməsi və bununla əlaqədar “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq dəyişikliklərin edilməsi təklif olunub.

Bundan başqa, Ombudsman əmək pensiyaları ilə bağlı aşağıdakı təkliflərlə çıxış edib:

Əmək pensiyasının minimum məbləği artırılarkən məbləğindən asılı olmayaraq həmin artıma qədər təyin edilmiş bütün pensiya məbləğlərinin müvafiq artıma mütənasib və ya müəyyən olunmuş məbləğdə (və ya faiz nisbəti ilə) artırılması;

Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilməsinin pensiyaçısının səhvindən baş vermədiyini, bu halın müvafiq qurumun fəaliyyətində olan funksional nöqsanlarla bağlı olduğunu, habelə sonrakı tutulmaların əmək pensiyaçısının sosial vəziyyətini ağırlaşdırdığını nəzərə alaraq, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin əmək pensiyaçısından tutulması üçün "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsində nəzərdə tutulmuş müddətin 1 ilə azaldılması (hazırda bu tutulmanın son 3 il üçün aparılması nəzərdə tutulur);

Pensiya yaşına az qalmış işsiz şəxslərin məşğulluğunun təmin edilməsi sahəsində səmərəliliyin artırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş "Özünüməşğulluğun təskili Qaydası"nın 1.2-ci bəndində həmin şəxslərə münasibətdə nəzərdə tutulmuş iki il müddətin beş il müddətlə əvəz edilməsi, habelə çoxuşaqlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə həmin bənddə himayəsində üç və ya daha çox uşağı olan şəxslərin də nəzərə alınması ilə bağlı dəyişikliklərin edilməsi.

Günay Şahmar, Bizim.Media 

Seçilən
8
20
bizim.media

10Mənbələr