AZ

İnsan hüquqları sahəsində yeni Milli Fəaliyyət Proqramının qəbul olunması təklif edilir

Bakı. Trend:

Növbəti illər üçün insan hüquqları sahəsində Milli FəaliyyətProqramının hazırlanıb qəbul olunması təklif edilir.

Trend-inməlumatına görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsininbugünkü iclasında müzakirə olunan İnsan hüquqları üzrə müvəkkilin(Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.

Belə ki, insan hüquq və azadlıqlarının təmini, müdafiəsi vətəşviqi sahəsində həyata keçirilmiş islahatların məntiqi davamıolaraq müasir çağırışlara, yeni dövrün tələblərinə və mövcudprioritetlərə uyğun, əhalinin müxtəlif qruplarının hüquqlarınınmüdafiəsi, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi,normativ-hüquqi bazanın, hüquq müdafiə sisteminin və idarəetmənintəkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təminedilməsi, bu istiqamətdə beynəlxalq və regional əməkdaşlığın dahada inkişaf etdirilməsi məqsədilə növbəti illər üçün insan hüquqlarısahəsində Milli Fəaliyyət Proqramının hazırlanıb qəbul olunmasıtəklif edilir.

Həmçinin, ölkəmizdə biznesin inkişafı istiqamətində həyatakeçirilən islahatları, bu sahədə qəbul edilən proqram, plan vəstrategiyaları, BMT-nin “Biznes və insan hüquqları üzrə rəhbərprinsipləri”ni və “Biznes və insan hüquqları üzrə Milli FəaliyyətProqramlarına dair Təlimatı”nı, eləcə də bu sahədə xarici ölkələrinmüsbət təcrübəsini nəzərə alaraq, biznes fəaliyyətinin həyatakeçirilməsi zamanı insan hüquq və azadlıqlarının təmini, korporativsosial məsuliyyətin təbliği və tətbiqi ilə sahibkarların ölkəninsosial iqtisadi həyatında daha fəal iştirakına şərait yaratmaq, busahədə aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsinə nailolmaq məqsədilə “Biznes və insan hüquqları üzrə Dövlət Proqramı”nınhazırlanıb qəbul olunması da təkliflər arasındadır.

Bununla yanaşı, əhalinin psixi sağlamlığının təmin olunması vəağır psixi pozuntuların inkişaf riskinin azaldılması, psixipozuntulardan əziyyət çəkən şəxslərə əlçatan, keyfiyyətli vəkompleks yardımın göstərilməsi üçün əlverişli şəraitin yaradılması,onların hüquq və mənafelərinin qorunması, sosial müdafiəsinin təminedilməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsiməqsədilə Psixi Sağlamlıq Sahəsində Milli Strategiyanın qəbuledilməsinin sürətləndirilməsi məqbul sayılır.

Seçilən
8
1
az.trend.az

2Mənbələr