AZ

ADY Bakı–Ağdam–Bakı marşrutu üzrə əlavə reyslər təyin edir

BAKI, 27 fevral. TELEQRAF

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC Novruz bayramı ilə əlaqədar Bakı–Ağdam–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

Qurumdan Teleqraf-a verilən məlumata görə, əlavə reyslər 21, 23, 25 və 28 mart tarixlərində təşkil olunacaq.

Həmin günlərdə sərnişinlər göstərilən istiqamət üzrə hər iki istiqamətdə səfər edə biləcəklər.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi internet saytından və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür.

Seçilən
33
2
teleqraf.com

3Mənbələr