AZ

Paşinyan və Anna ayrıldı

Anna Akopyan Ermənistanın Baş naziri Nikol Paşinyandan ayrıldığını və hökumət evini tərk etdiyini açıqlayıb.
ONN media xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Akopyan bildirib ki, Paşinyanla vətəndaş nikahının bitdiyini bildirən paylaşımı onunla birlikdə yaşadığı həyatın sonu demək idi.
Onun sözlərinə görə, bundan sonra kirayə mənzildə yaşayacaq, çünki aldığı ev hələ də tikilməkdədir. Yaşayış xərclərinə gəldikdə isə, Anna hesabında 5 milyon dram qaldığını və “Mənim Addımım” fondunda işləməyə davam etmək istədiyini bildirib.

Seçilən
15
onn.az

1Mənbələr