AZ

FHN Zəngəzur Milli Parkında təlim keçirdi

Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Akademik H.Əliyev adına Zəngəzur Milli Parkının Şahbuz rayonu ərazisinə düşən hissəsində “Qar uçqunu zamanı axtarış-xilasetmə işlərinin təşkili” mövzusunda təlim keçirilib.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəladə Hallar, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Əlahiddə Ümumqoşun Ordunun və Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvə və texnikalarının cəlb edildiyi təlimin keçirilməsində əsas məqsəd fövqəladə hallarla mübarizə istiqamətində qurumlararası qarşılıqlı fəaliyyət və idarəetmə imkanlarının daha da genişləndirilməsi olub.

Təlimdən əvvəl xilasetmə qurumlarının əməliyyat-taktiki təlimə cəlb olunmuş texnika və avadanlıqlarına, müvəqqəti salınmış çadır şəhərciyinə baxış keçirilib.

Təlimdə FHN-in xilasediciləri Əlahiddə Ümumqoşun Ordunun müvafiq bölmələri ilə birgə mürəkkəb relyefli dağlıq ərazidə əlverişsiz hava şəraitində şərti axtarış-xilasetmə işləri aparıb, şərti qar uçqunu altında qalan “zərərçəkmişlərin” xilasetmə avadanlıqlarından istifadə olunmaqla axtarışını aparıb və onların “xilası edilərək ilkin yardımın göstərilməsi” üzrə praktiki tapşırıqları yerinə yetiriblər.

Seçilən
6
8
publika.az

9Mənbələr