AZ

"Prezident revanşist qüvvələrə qarşı öz mövqeyini ortaya qoydu"

Ötən gün Prezident İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında çıxışı zamanı qeyd edib ki, bizim iradəmizə qarşı çıxanın başı əziləcək.

Milli Məclisin komitə sədri, deputat Fazil Mustafa Redaktor.az-a açıqlamasında bildirdi ki, bu məsələdə prezident daha çox gələcəyə yönəlik revanşist qüvvələrə qarşı öz mövqeyini ortaya qoydu:

"Bu mövqe də birmənalıdır ki, Azərbaycan artıq qələbədən sonra sülhü əsas prioritet olaraq götürüb. Hansı qüvvə ki, Ermənistanda seçkilərdən sonrakı dövrə ümid bəsləyir və revanşist duyğular daşıyır, bu, ciddi şəkildə Ermənistanda olan o şəxslərə dərs olmalıdır. Əks halda yenidən hansısa xəyallara düşmək onlar üçün acı nəticələr doğuracaq. Mesajın Xocalıdan verilməsi isə bu mesajı daha anlamlı edir. Çünki bu, həm də Xocalının qisasının alınmasının bir işarəsi kimi diqqətə çatdırılır".

Aytəkin TOFİQQIZI

Seçilən
21
redaktor.az

1Mənbələr