Bakı. Trend:
Bu həftə Böyük Britaniya Parlamentinin İcmalar Palatasındakeçirilmiş dinləmələrlə bağlı Böyük Britaniyanın Azərbaycandakısəfirliyinə bir sıra sorğular daxil olub. Məsələyə yüksək maraqgöstərildiyini nəzərə alaraq, Böyük Britaniyada qərarların qəbuledilməsi sisteminin necə işlədiyini aydınlaşdırmağı vacib hesabedirik.
Bu barədə Trend-ə səfirlikdənməlumat verib.
Böyük Britaniyanın Bakıdakı Səfirliyi Əlahəzrət Kral III ÇarlzınHökumətini təmsil edir və Böyük Britaniya Hökumətinin xaricisiyasət mövqelərini ifadə edir. Səfirlik Böyük Britaniyanınkonstitusiya sistemində ayrıca və müstəqil hakimiyyət qolu olanBritaniya Parlamentinin adından çıxış etmir.
Parlament Hökumətdən müstəqil fəaliyyət göstərir və onundinləmələri, müzakirələri və araşdırmaları Əlahəzrət Kral IIIÇarlzın Hökumətinin rəsmi siyasətini deyil, ayrı-ayrı deputatlarınvə ya parlament komitələrinin mövqelərini əks etdirir.
Bu səbəbdən Səfirliyin parlament proseslərinin məzmunu və yagedişatı ilə bağlı şərh verməsi məqsədəuyğun hesab edilmir. Bununlabağlı bütün sorğular www.parliament.uk ünvanı vasitəsilə birbaşaBritaniya Parlamentinə yönləndirilməlidir.
Böyük Britaniyanın Cənubi Qafqaz regionu üzrə mövqeyi aydın vədəyişməz olaraq qalır: biz Azərbaycanın suverenliyini və ərazibütövlüyünü tanıyır, Azərbaycan ilə Ermənistan arasındamünasibətlərin normallaşdırılmasını davamlı və dayanıqlı sülhəaparan yeganə yol kimi dəstəkləyirik.