AZ

Avtomobili psixotrop maddənin təsiri altında idarə edən şəxs həbs olundu

Biləsuvar rayonu ərazisində "Vaz 21214" markalı avtomobilin sürücüsü yol hərəkəti qaydasını pozduğu üçün yol polisi əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

"Unikal" xəbər verir ki, yoxlama zamanı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edən Ə.Ağazadənin narkotik vasitədən istifadə etməsinə də şübhələr yarandığından onun tibbi müayinədən keçməsi təmin edilib. Nəticədə həmin şəxsin psixotrop maddə metamfetamin istifadə etdiyi müəyyənləşib. 

Məhkəmənin qərarı ilə Ə.Ağazadə 15 gün müddətinə inzibati həbs olunub.

Seçilən
34
25
unikal.az

10Mənbələr