AZ

Çin Əfqanıstan-Pakistan münaqişəsinin həlli üçün vasitəçiliyə hazırdır

BAKI, 27 fevral. TELEQRAF

Çin Əfqanıstan və Pakistan arasında genişlənən münaqişənin həlli üçün vasitəçilik səyləri göstərməyə hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin brifinqdə bildirib.

“Çin həmişə Əfqanıstan və Pakistan arasındakı münaqişədə öz kanalları vasitəsilə vasitəçi kimi çıxış edib və gərginliyin azaldılması və tərəflər arasında münasibətlərin sabitləşdirilməsi üçün konstruktiv rol oynamağa davam etməyə hazırdır”, - o qeyd edib.

Seçilən
0
2
teleqraf.com

3Mənbələr