AZ

Elektron Büdcə Bələdçisi portalı istifadəyə verildi

Bakı. Trend:

Azərbaycan Respublikası Maliyyə Nazirliyi büdcə proseslərindəictimaiyyətin daha geniş iştirakının təmin edilməsi, şəffaflığın vəoperativliyin artırılması, vahid informasiya bazasınınformalaşdırılması, habelə büdcə proseslərində rəqəmsal həllərintətbiqini genişləndirmək məqsədilə “e-budget.maliyye.gov.az”(Elektron Büdcə Bələdçisi) portalını istifadəyə verib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, yeni portal dövlətmaliyyəsinin idarə olunması sahəsində həyata keçiriləninstitusional və rəqəmsal islahatların tərkib hissəsi olmaqla,dövlət və icmal büdcələrə dair məlumatların mərkəzləşdirilmişşəkildə toplanmasını və idarə olunmasını təmin edir.

Elektron Büdcə Bələdçisi vasitəsilə büdcə siyasətininprinsipləri, büdcə prosesi, qanunvericilik, icmal və dövlətbüdcələrinin proqnoz göstəriciləri, gəlir və xərcləri, dövlətbüdcəsinin funksional və iqtisadi təsnifatlar üzrə xərcləri, büdcəproqramları və digər əsas maliyyə göstəriciləri, eləcə də dövlətborcu və borcun idarə edilməsi ilə bağlı xərclərstrukturlaşdırılmış və anlaşılan formada təqdim olunur. Sisteməinteqrasiya olunmuş analitik və vizual alətlər büdcəgöstəricilərinin izlənilməsinə, müqayisəli təhlillərin aparılmasınavə məlumatların qrafik formada təqdim edilməsinə imkan yaradır.

Beynəlxalq fiskal diaqnostika alətlərinin, xüsusilə də AçıqBüdcə Sorğusunun metodologiyasına və tələblərinə uyğun olaraqhazırlanan portal büdcə məlumatlarına çıxış imkanlarınıngenişləndirilməsi, büdcə şəffaflığının və hesabatlılığınınartırılması istiqamətində Maliyyə Nazirliyi tərəfindən sondövrlərdə həyata keçirilən tədbirlərin tərkib hissəsidir.

Bu təşəbbüs eyni zamanda, Azərbaycan Respublikasında rəqəmsaldövlət maliyyəsi modelinin formalaşdırılmasına və qabaqcılbeynəlxalq təcrübələrin tətbiqinə yönəlmiş mühüm addımdır.

Seçilən
7
az.trend.az

1Mənbələr