AZ

Şengen vizası olan ruslar da ölkəyə buraxılmır

Rusiyanın Polşadakı müvəqqəti işlər vəkili Andrey Ordaş Varşavanın Rusiya vətəndaşlarına tətbiq etdiyi məhdudiyyətlərlə bağlı açıqlama verib.

“Cebheinfo.az"-ın xarici mediaya istinadən məlumatına görə, diplomat bildirib ki, 2022-ci ilin sentyabrından Polşa digər ölkələr tərəfindən verilmiş etibarlı Şengen vizası olan Rusiya vətəndaşlarının belə işgüzar, turizm və şəxsi məqsədlərlə girişini qadağan edib.

Onun sözlərinə görə, 2023-cü ilin sentyabrından etibarən Rusiyada qeydiyyatdan keçmiş minik avtomobillərinin də Polşa ərazisinə daxil olmasına icazə verilmir.

Ordaş əlavə edib ki, ATƏT tərəfindən Polşada keçirilən tədbirlərdə iştirak etmək istəyən Rusiya vətəndaş cəmiyyəti nümayəndələri üçün də maneələr yaradılır və bəzi hallarda vizalar “təhlükəsizlik səbəbilə” ləğv olunur.

Seçilən
9
1
cebheinfo.az

2Mənbələr