AZ

Xocavəndə kəndinə ilin sonunadək daha 130 ailə köçürüləcək

BAKI, 27 fevral. TELEQRAF

Xocavənd kəndi 2023-cü ilin sentyabrında ordumuzun antiterror tədbirləri nəticəsində işğaldan azad edilib.

Xocavənd rayonunun Xocavənd kəndində ümumilikdə 278 fərdi ev var ki, bunlardan 128-i yararsız, 150-si isə qismən yararlı idi və bu 150 evin 20-si artıq təmir olunaraq istismara verilib. İlin sonuna qədər qalan 130 evin də təmir olunması planlaşdırılır.

Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fidan Məmmədli deyib.

O bildirib ki, cari ilin fevralında Xocavənd kəndinə sakinlərin ilk köçü təmin edilib:

“Burada artıq 20 ailə, 94 sakin məskunlaşıb. Eyni zamanda, ilin sonuna qədər 130 ailə, 533 nəfərin də burada məskunlaşdırılması planlaşdırılır”.

F.Məmmədli əlavə edib ki, kənddə digər infrastruktur layihələri də icra edilib:

“Bir neçə kilometr uzunluğundakı daşıyıcı qaz xətləri çəkilib və mövcud qaz xətləri bərpə edilib. Həmçinin kənddaxili yollar asfaltlanıb və piyada zolaqları çəkilib. Bu istiqamətdə işləri hələ də davam edir”.

Seçilən
20
teleqraf.com

1Mənbələr