AZ

Xəstəxanada əməliyyat: Vəzifəli şəxs saxlanıldı

Hüquq-mühafizə orqanları Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında əməliyyat keçirib.

"Yeni Sabah" Unikal-a istinadla xəbər verir ki, əməliyyat zamanı sözügedən xəstəxananın baş həkiminin müavini - hərbi həkim komissiyasının sədri Elxan Əsədov korrupsiya iddiası ilə saxlanılıb.

Daha sonra o, sərbəst buraxılıb.

Xatırladaq ki, E.Əsədov 2023-cü ildə bu vəzifəyə təyin edilib.

1 saylı Psixiatriya Xəstəxanasının baş direktoru Orxan Cəfərovdur.


Telegram kanalımız
Seçilən
3
20
yenisabah.az

10Mənbələr