AZ

“CityNet” yenə “axsayır” Xətai ərazisində tez tez kəsintilər baş verir

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycanda internet provayderləri sanki qiymətləri artırdıqca, keyfiyyəti azaltmağı qarşılarına məqsəd qoyublar. Ölkəmizdəki əksər internet provayderlərinin əhaliyə kifayət qədər yüksək qiymətə satdıqları xidmət bərbad olaraq qalmaqdadır. Bu baxımdan “CityNet” də digərlərindən geri qalmır...

“AzPolitika” xəbər verir ki, iki gündür xüsusilə paytaxtın Xətai rayonunun abunəçiləri “CityNet”-dən normal internet ala bilmirlər. Dünəndən başlanan kəsintilər bu gün daha da artıb. Səhər saatlarından başlayaraq tez-tez baş verən kəsintilər sonradan uzun müddətə internetin yoxa çıxmasına çevrilib.

“AzPoitika” redaksiyası da bu provayderin abunəçisidir və bununla bağlı şirkətlə əlaqə yaradıb, tez-tez baş verən kəsintilərin səbəbini öyrənmək istəsək də, heç kimi tapa bilmədik. Əvəzində, zənglərə cavab verən robot-operator Xətai rayonu ərazisində internet təminatında fasilələr olduğunu bildirərək, internetin bərpası istiqamətində işlər aparıldığını deyir. Ancaq nə işdirsə, bu kəsintilər və texniki problemlər, eləcə də onların aradan qaldırılması işləri bitib tükənmək bilmir. Bu da abunəçilərin haqlı narazılığına səbəb olur.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
azpolitika.info

1Mənbələr