AZ

“Yarımçıq qalmış” tamaşa layihəsi başa çatıb

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 27 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən elan olunmuş “Konstitusiya və Suverenlik İli” qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “Yarımçıq qalmış” tamaşa layihəsi başa çatıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizə aparmış qəhrəmanların həyat hekayələrinə əsaslanan, müəllifləri Leyla Bəyim və Efim Abramov olan tamaşa layihə müddəti ərzində hazırlanaraq tamaşaçılara təqdim olunub.

Layihə çərçivəsində tamaşanın premyerası Bakı şəhərində keçirilib, daha sonra Şəki və Lənkəran şəhərlərində nümayişləri olub.

Tamaşa ölkəmizin müstəqilliyi naminə canından keçmiş qəhrəmanların xatirəsini ehtiramla anaraq, onların yarımçıq qalmış arzularını, taleyin yarıda saxladığı hekayələri və xalqımızın yaddaşına həkk olunmuş igidlik nümunələrini poetik və simvolik bədii üslubda tamaşaçıya çatdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
1
azertag.az

2Mənbələr