AZ

Biləsuvarda sürücü həbs edildi

Psixotrop maddənin təsiri altında avtomobil idarə edən şəxs həbs olunub.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Biləsuvar rayonu ərazisində VAZ-21214 markalı avtomobilin sürücüsü yol hərəkəti qaydasını pozduğu üçün yol polisi əməkdaşları tərəfindən ona "saxla" işarəsi verilib.

Yoxlama zamanı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edən Ə.Ağazadənin narkotik vasitənin təsiri altında olması şübhəsi yarandığından o, tibbi müayinədən keçirilib.

Nəticədə həmin şəxsin psixotrop maddə olan metamfetamin istifadə etdiyi müəyyənləşib.

Məhkəmənin qərarı ilə Ə.Ağazadə 15 gün müddətinə inzibati həbs edilib.

Seçilən
21
34
metbuat.az

10Mənbələr