AZ

Zaurun da verilişi bağlanıb?

Zaur Nəbioğlunun aparıcılığı ilə ATV-də yayımlanan “Rəngarəng” proqramının yayımının dayandırılması ilə bağlı məlumat yayılıb.

News365.az xəbər verir ki, “Qafqazinfo” məsələni dəqiqləşdirmək üçün telekanalın Mətbuat xidməti ilə əlaqə saxlayıb.

Cavab olaraq bildirilib ki, yayılan xəbər doğru deyil, veriliş bağlanmayıb.

Qeyd edək ki, bu gün ATV-də proqramın təkrar buraxılışlarından biri yayımlanıb.

Xatırladaq ki, Tarix Əliyevin (Tolik) Space TV-də yayımlanan “Tarixin bir günü” verilişi bağlanıb.

Seçilən
9
2
news365.az

3Mənbələr