ain.az bildirir, Lent az portalına istinadən.
Neftçalada gənc oğlan qohumunun evini qarət edib.
Lent.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
21 yaşlı Əzim Mustafayev (ad və soyad şərtidir) xalasıgilin evinə girərək 1340 manat pul oğurlayıb. Nəticədə o saxlanılıb və barəsində cinayət işi başlanıb.
Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə olan anasının ad günü imiş və xalasıgil də anasını təbrik etmək üçün onlara gəlib. Əzim isə pulu olmadığı üçün xalasının evini qarət etməyi düşünüb. Bunun üçün axşam saatlarında evdən çıxaraq xalasının yaşadığı evə gedib. Tualet tərəfdən qohumunun evinə girib. Daha sonra həyətdəki nərdivanla evin dəhlizindəki pəncərəni aralayaraq mənzilə daxil olub. O, ayrı-ayrı otaqlardan ümumilikdə 1340 manat pul oğurlayıb. Pullar özünə bəs etdiyi üçün evi tərk edib. Yolda pulun 29 manatını yeməyə xərcləyib. Yerdə qalan hissəni isə könüllü olaraq polisə təhvil verib.
Zərərçəkən şəxs ifadəsində ona dəymiş ziyanın tam ödənildiyini deyərək təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirib.
Məhkəmənin hökmü ilə Əzim Mustafayev barəsində 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.