AZ

Röyaların Röyası : gənc ifaçıdan ilk solo konsert

525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Milli İncəsənət Muzeyində beynəlxalq və respublika miqyaslı müsabiqələr laureatı Röya Əliyevanın "Röyaların Röyası" adlı ilk solo konserti olub.

İfaçının doğum günü ilə əlaqədar fevralın 25-də keçirilən konsertdə qeyd edilib ki, bu, 6 yaşından səhnələrdə olan Röya Əliyevanın 15 illik yaradıcılıq fəaliyyətinin yeni mərhələsi- ilk geniş solo proqramıdır. Bildirilib ki, gənc ifaçı orta təhsilini Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasında alıb, skripka və fortepianoda ifaları ilə çoxsaylı konsertlərdə çıxış edib. Gimnaziyanın kamera orkestrinin birinci skripka ifaçısı olmaqla yanaşı, vokal və xor kollektivlərində də fəaliyyət göstərib. R.Əliyeva Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, ABŞ, Böyük Britaniya və Avropanın bir sıra ölkələrində keçirilən beynəlxalq müsabiqələrdə Qran-pri və birinciliklər qazanıb, müxtəlif rəsmi və mədəni tədbirlərdə çıxış edib. Hazırda Bakı Musiqi Akademiyasının instrumental ifaçılıq ixtisası üzrə IV kurs tələbəsidir. Eyni zamanda Xalq artisti Fidan Hacıyevanın vokal musiqi məktəbində Əməkdar artist Fərid Əliyevdən vokal dərsləri alır

Retro musiqilərdən ibarət konsert proqramında R.Əliyeva həm pianoda, həm skripkada uğurla ifa edib, opera ifası ilə də dinləyicilərdə xoş təəssürat yaradıb. 

ŞAHANƏ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
525.az

1Mənbələr