AZ

Azərbaycan seriallarının məzmunu tənqid olunur

Yazını böyüt
Yazını kiçilt

“Türmədən çıxan birinin həyat hekayəsindən bəhs edən serialların qurbanı olmamalıyıq".

Hafta.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bugünkü iclasında “Mədəniyyət haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Siyavuş Novruzov səsləndirib.

Deputat bildirib ki, televiziya kanallarında xəbərlər proqramından sonra yayımlanan serialların əksəriyyəti nə tarixi şəxsiyyətlərə, nə də Azərbaycan yazıçı və şairlərinin əsərlərinə həsr olunmur:

"Əksinə, kiminsə türmədən çıxıb danışdığı hekayə əsasında çəkilir. Bu cür serialların gənc nəslin tərbiyəsində rolunu sual altına alıb. Bəzi ekran işlərində dövlət orqanlarının nümayəndələri barədə düzgün olmayan informasiyalar təqdim olunur".

Deputat vurğulayıb ki, hazırda ölkədə bədii yaradıcılıq üçün geniş imkanlar, sabitlik və sülh mövcuddur:

“Biz müharibədə qalib gəlmiş tərəfik. Ağlaşma deyil, qələbəni təbliğ edən seriallara və filmlərə keçməliyik. Əsgərlərimizin qəhrəmanlığını əks etdirən ekran işləri hazırlanmalıdır. Türmədən çıxan birinin həyat hekayəsinin seriallarının qurbanı olmamalıyıq”.

Seçilən
16
hafta.az

1Mənbələr