AZ

Ukrayna müdafiə naziri: Antiballistik raket istehsalı üzrə konsorsiumlar müzakirə edilir

Kiyev, 27 fevral, AZƏRTAC

Ukrayna antiballistik raketlərin istehsalını sürətləndirmək üçün tərəfdaşlarla birgə konsorsiumların yaradılmasını müzakirə edir. Ukrayna müdafiə şirkətləri də müstəqil şəkildə bu cür silahlar istehsal edə bilər.

AZƏRTAC xəbər verir ki, Ukraynanın müdafiə naziri Mixail Fyodorov bu barədə Müdafiə Nazirliyinin yenilənmiş komandasının ilk aylıq işinə həsr olunmuş jurnalistlərlə görüşdə bildirib.

O qeyd edib: “Rusiyanın ballistik raketlərindən müdafiə üçün PAK-3 hava hücumundan müdafiə raketləri ilə bağlı ciddi çatışmazlıqlar var. Prezidentlə antiballistik raketlərin istehsalını sürətləndirmək üçün tərəfdaşlarla birgə konsorsiumların yaradılmasını müzakirə etdik”.

Fyodorovun sözlərinə görə, Ukraynanın müstəqil şəkildə antiballistik sistemlər və raketlər istehsal etmək üçün böyük potensialı var.

“Bunun üçün ayrıca bir layihəyə ehtiyacımız var, riyazi hesablamalar mürəkkəbdir və daha çox vaxt tələb edir. Lakin Ukrayna mütləq öz layihələrini inkişaf etdirməlidir”, - deyə nazir əlavə edib.

 
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
18
2
azertag.az

3Mənbələr