AZ

İlin ilk Ay tutulması baş verəcək - Bu tarixdə

Bakı. Trend:

Martın 3-də ilin ilk Ay tutulması baş verəcək.

Trend xəbərverir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizikafakültəsinin Astrofizika kafedrası məlumat yayıb.

Məlumata görə, bu, tam Ay tutulması olacaq. Yer kürəsininkölgəsi Ayı tam örtəcək və Ay səmada qırmızımtıl rəngə boyanacaq.Bu hadisə “qanlı Ay” effekti ilə müşayiət olunur. Bunun səbəbi Yeratmosferinin Günəş işığını süzərək qırmızı-narıncı şüaların Aysəthinə çatmasıdır.

Əslində Yerin kölgəsi iki hissədən ibarətdir: yarımkölgə vəkölgə. Ay yarımkölgəyə daxil olanda yarımkölgəli Ay tutulmasıbaşlayır, onu adi gözlə hiss etmək çox çətindir. Ay Yerin kölgəsinədaxil olduqda isə adi gözlə görünən tutulma başlayır.

Yarımkölgəli Ay tutulması martın 3-ü saat 12:44:25-də, qismən Aytutulması saat 13:50:00-da, tam tutulma isə saat 15:04:26-dabaşlayacaq. Tam tutulma təxminən 58 dəqiqə davam edəcək. Tutulmanınmaksimumu saat 15:33:46-da olacaq. Saat 16:02:45-də tam tutulma,saat 17:17:10-da qismən tutulma, saat 18:22:59-da yarımkölgəli Aytutulması sona çatacaq.

Asiyadan, Avstraliyadan və Şimali Amerikadan görünəcək bututulma 31 dekabr 2028 – 1 yanvar 2029-cu ildə baş verəcək “QanlıAy” tutulmasına qədər olan sonuncu tam Ay tutulmasıdır. Tutulmaprosesi zamanı Ay üfüqün altında olduğuna görə Azərbaycanərazisindən müşahidə olunmayacaq.

Seçilən
9
49
az.trend.az

5Mənbələr